Bu sərmayələrin böyük hissəsi xarici investisiyalardır. Bu barədə çərşənbə axşamı Prezident İlham Əliyev 18-ci beynəlxalq “Xəzər Neft və Qaz, Neft emalı və Neft-kimya” sərgi və konfransının açılışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, bu gün Azərbaycan enerji təhlükəsizliyini təmin edir, digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu gücləndirir.
Dövlət başçısı deyib ki, Azərbaycanla xarici şirkətlər arasında heç vaxt heç bir problem olmayıb, müqavilələrə heç vaxt yenidən baxılmayıb.
“Ölkə inam qazanıb, investisiyalar dövlət tərəfindən müdafiə olunur və bu məsələdə bizim siyasətimiz dəyişməzdir”, – İlham Əliyev bildirib.
Prezidentin sözlərinə görə, bu gün Azərbaycan öz ixracını qaz amilinə yönəldir, neft emalında isə mövcud həcmlərin saxlanması gözlənilir.
“Bizə qanunvericiliklə tənzimlənən və Azərbaycan qazına tələbatın olduğu yeni böyük bazarlar lazımdır”, – dövlət başçısı bildirib.
İlham Əliyevin sözlərinə görə, Azərbaycanın sübut edilmiş qaz ehtiyatları 2,2 trilyon kub metrdir, ölkənin valyuta ehtiyatları 35 milyard dollardır, dövlətin ÜDM-i yeddi il ərzində üçqat artıb.