2015-ci ilin iyulundan bu günədək Türkiyədə PKK-ya qarşı əməliyyatlar nəticəsində 5359 nəfər PKK üzvü məhv edilib. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, PKK-ya qarşı əməliyyatlar zamanı 355 türkiyəli hərbçi həlak olub.
Prezident diqqətə çatdırıb ki, əməliyyatlar PKK-nın tam məhv edilməsinədək davam edəcək.