Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin [hazırda Birləşmiş Ştatlarda yaşayan ictimai din xadimi] ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib. Trend-in məlumatına görə, bu barədə cümə günü “Anadolu” agentliyi xəbər verib.
Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür.
Bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, Fətullah Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Ədliyyə naziri bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini deyib.