Qlobal Humanitar Yardım Təşkilatı 2013-cü ildə ən çox humanitar yardım etmiş ölkələr üzrə hesabat yayımlayıb.
Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, hesabatda ABŞ dünyanın ən səxavətli ölkəsi kimi göstərilir.
Belə ki, bu ölkə ötən il 4,6 milyard dollarlıq humanitar yardım göstərib. Siyahının ikincisi olan İngiltərədə isə bu göstərici 1,8 milyard dollardır.
Türkiyə 1,6 milyard dollarla üçüncü yerdə qərarlaşıb. Siyahıda sonrakı yerləri Yaponiya (1,1 milyard dollar) və Almaniya (949 milyon dollar) tuturlar.