Zülfüqarlı Məhərrəm – Birgə İşçi Qrupunun üzvü

Zülfüqarlı Məhərrəm Paşa oğlu – 1955 – ci il avqustun 19 – da Azərbaycan Respublikasının Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini və aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 2001 – ci ildən doktorluq işi müdafiəyə hazırdır. 28 kitabın, 39 elmi, 577 publisitik məqalənin, 13 metodiki işin müəllifidir. Hazırda Azərbaycan Turizm İnstitutunun dosentidir.

1997–ci ildən QHT sektorunda fəaliyyət göstərir. İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədridir. ABŞ Respublikaçılar İnstitutu Seçki Kampaniyası Akademiyasının məzunudur. 2005 – ci ildə “İctimai Liderlər” blokunun seçki qərargahına rəhbərlik edib. 2007 – ci ilin sentyabrından AVCİYA Seçki Qərargahının rəhbəridir. ABŞ, Almaniya, İsveç, Polşa, Bolqarstan, Rusiya və Gürcüstanda təcrübə mübadiləsində olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO