Ziya Məmmədov Qubada vətəndaşlarla görüşüb

Nəqliyyat naziri Ziya Məmmədov Qubada vətəndaşları qəbul edib.
Trend Regional TV-yə istinadən xəbər verir ki, nazir görüş zamanı ona edilən bütün müraciətlərin diqqətlə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini bildirib.
Quba rayon Mədəniyyət Evində baş tutan görüşə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 100-dən çox sakin qatılıb. Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşları şəxsən qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub.
Vətəndaşlarla görüşə nəqliyyat naziri Ziya Məmmədovla yanaşı, “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Nəqliyyat Nazirliyinin digər struktur rəhbərləri də qatılıb.
Görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar nəqliyyat naziri Ziya Məmmədov müəyyən göstəriş və tapşırıqlarını verib. Qeyd olunan məsələlərin bəziləri elə yerindəcə həll olunub.
Vətəndaşların şikayətləri arasında, əsasən, yol infrastrukturundakı problemlər daha çox yer alıb. Kənd yollarının abadlaşdırılması məsələsinə münasibət bildirən nazir bu istiqamətdə işlərin bundan sonra daha sürətlə aparılacağını bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO