Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti Almaniyada səfərdə olub

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Almaniyanın Konrad Adenauer Fondunun təşkilatçılığı ilə bu ölkədə səfərdə olub.
YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Konrad Adenauer Fondunun təşkilatçılığı ilə təşkil olunmuş proqramda Cənubi Qafqaz regionunun hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistandan olan gənclər iştirak ediblər.
Bu proqramda YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, YAP Nizami rayon Gənclər Birliyinin sədri Əli Pənahov və YAP Xətai rayon Gənclər Birliyinin idarə heyətinin üzvü Aliyə Ağrılının daxil olduğu nümayəndə heyəti iştirak edib.
Almaniya parlamentinin Hüquq komitəsinin PD 2 departamentinin sədri Tomas Heydmek, qurumun Xristian Demokratlar Birliyi (XDB) gənclərinin parlament qrupunun rəhbəri, həmçinin parlamentin Seçkilər, Prosedur qaydaları və Qanuni işlər komitələrinin üzvü Marko Uandervits, qurumun Cənubi Qafqaz üzrə xüsusi bölməsinin rəhbəri Volfqanq Börns, XDB-nin parlament qrupunun rəhbəri Oliver Freydrik, Almaniya Federal Hökumətinin Mərkəzi, Şərqi və Cənubi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ilə çoxtərəfli əlaqələr üzrə 212 saylı bölməsinin rəhbəri Kristof İsranq, Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə 207 saylı bölməsinin rəhbəri Kristin Uel ilə keçirilən görüşlərdə, əsasən, Azərbaycanda həyata keçirilən demokratik islahatlar, yenidənqurma işləri, həmçinin rəsmi Bakı ilə rəsmi Berlin arasındakı qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlər haqqında söhbət aparılıb.
Bundan əlavə, səfər çərçivəsində YAP Gənclər Birliyinin nümayəndə heyəti Almaniya Xristian Demokratlar Birliyinin Gənclər Təşkilatının baş katibi Aleksandr Humbert, onun xarici əlaqələr üzrə müavini Viktor Frank, Almaniya hökuməti Təhsil və təlim departamentinin rəhbəri Hendrik Vob, Xristian Demokratik Tələbələr Təşkilatının sədri Erik Bertman, Almaniya Ailə, Vətəndaş, Qadın və Gənclərlə İş üzrə Federal Nazirliyinin Uşaqlar və gənclər departamentinin rəhbəri Simon Frank Müller, Avropa Parlamenti Avropa Demokrat Tələbələr Birliyinin nümayəndəsi Conatan Angel, həmçinin Konrad Adenauer Fondunun nümayəndələri Nils Abraham və Kasper Eyits ilə bir sıra mühüm görüşlərdə iştirak edərək, qarşılıqlı maraq doğuran məsələlər, tərəflərin təcrübə mübadiləsi həyata keçirməsi haqqında geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüşlər zamanı YAP Gənclər Birliyinin nümayəndə heyəti əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin tutduğu ədalətli mövge, habelə Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişaf, demokratik dəyərlər və Avropaya inteqrasiya haqqında müzakirələr aparıblar

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO