Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yeni binasının açılışı olub

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yeni binasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Azərbaycanın bugünkü sürətli inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə tərəqqisində aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının çox mühüm və davamlı rolu vardır. Bütün bu işlərdə yaxından iştirak edən Yeni Azərbaycan Partiyası Vətənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir və fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, cəmiyyət daxilində Yeni Azərbaycan Partiyasının qazandığı böyük nüfuzun nəticəsidir. Ümumi amallar naminə göstərilən uğurlu fəaliyyətdə partiyanın rayon təşkilatlarının rolu danılmazdır. Bu gün Yeni Azərbaycan Partiyasının respublikamızın bütün bölgələrində tikilən rayon təşkilatlarının inzibati binaları müasirliyi ilə seçilməklə yanaşı, həm də şəhər və rayonlarımızın gözəlliyinə əlavə çalarlar qatır. Bu binalarda ən yüksək şərait yaradılır. Partiyanın rayon təşkilatları üçün tikilən və orijinal layihə, maraqlı memarlıq quruluşu ilə diqqəti cəlb edən binalardan biri də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yeni inzibati binasıdır.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, binanın inşasına 2013-cü ilin aprelində başlanmışdır. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq salınmışdır. Tikinti işləri yüksək keyfiyyətlə görülmüş və qısa müddətdə başa çatdırılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi min kvadratmetrə yaxındır. Foyedə Yeni Azərbaycan Partiyasının yaranma tarixini əks etdirən guşə yaradılmışdır. İki yüz kvadratmetr sahəsi olan guşədə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və partiyanın sədri, Prezident İlham Əliyevin siyasi fəaliyyətləri ilə bağlı yaradılan fotostend də böyük maraq doğurur. Binadakı akt zalında da hər cür şərait vardır. Müasir akustika sistemi və digər zəruri avadanlıqla təchiz edilən 100 yerlik zalda istər partiyanın fəaliyyəti, istərsə də rayonun ictimai-siyasi həyatında baş verən əlamətdar hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.
Diqqətə çatdırıldı ki, binada 15 nəfərlik konfrans zalı da vardır. Bütün inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Yeni Azərbaycan Partiyası rayon təşkilatları üçün belə müasir binaların tikilməsi, ilk növbədə, işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə geniş imkanlar verir. Bu, həm də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikanın ağır günlərində yaranan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına diqqəti nümayiş etdirir.
Prezident İlham Əliyev binada yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verd

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO