Yeni ailə quranlar məcburi tibbi yoxlamadan keçirilə bilərlər

Elə kəndlər var ki, bir tayfanın üzvləri başqa tayfadan qız ala bilməz. Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib. O deyib ki, ali savadı olan insanlar belə bəzən əmiqızı, dayıqızı ilə evlənirlər: “Sonra da şikəst uşaqları dünyaya gəlir və dövlətə üz tuturlar ki, uşaq üçün vəsait ayırın. Sən savadlı insansan, axı bilməlisən ki, əmiqızı, dayıqızı ilə evlənmək olmaz!”. Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda bu kimi hallara həssas yanaşılmalıdır.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ailə Məcəlləsinə dəyişiklik layihəsində yeni ailə quran gənclərin tibbi yoxlamadan keçirilməsi təklif olunur: “Müxtəlif təkliflər var. Birinci təklif odur ki, bu, könüllü olsun. Ancaq yeni ailə quran gənclərin məcburən tibbi yoxlamadan keçməsini təklif edənlər də var. Hələ ki, bu məsələ ilə bağlı konkret rəyə gəlinməyb”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO