Ukrayna Millətlər Assambleyası ölkədəki son hadisələrlə bağlı müraciət edib

Ukrayna Millətlər Assambleyası ölkədəki son hadisələrlə bağlı müraciət edibUkrayna Millətlər Assambleyası Kiyevin mərkəzində davam edən və bütün ölkədə vəziyyətə birbaşa təsir edən sərt güc qarşıdurmasını pisləyir. Trend-in məlumatına görə, bu barədə Ukrayna Millətlər Assambleyasının son hadisələrlə əlaqədar həmvətənlərə müraciətində deyilir.
Assambleyanın rəhbəri Rövşən Tağıyevin müraciətində deyilir: “İctimai-siyasi sabitliyin olmaması və bunun nəticəsi kimi yaranmış iqtisadi vəziyyət yerli hakimiyyət orqanlarının, müəssisələrin, təşkilatların işinə və bütovlükdə ölkəyə mənfi təsir edilə bilər. Bütün bunlar dövlətin həyat fəaliyyətini təhlükə altında qoyur. Ukraynada yaşayan bütün etnosların nümayəndələrini birləşdirən ümumukrayna ictimai təşkilatı kimi biz, həmçinin ölkədə yaranmış vəziyyətdən narahatıq. Assambleya Ukrayna cəmiyyətinin riayət etməyə cəhd etdiyi insan və vətəndaş azadlıqlarına ciddi riayət etmək hüquqlarını, dinc toplaşma, söz azadlığı və başqa ümumbəşəri dəyərləri dəstəkləyir. Biz bütün siyasətçiləri konstruktiv dialoqa və barışığa çağırırıq”.
Assambleya ölkədə sabitliyin pozulmasına yönəldilmiş dağıdıcı qüvvələrin istənilən cəhdlərini ittiham edir.
Məlumatda deyilir ki, assambleya, həmçinin Ukrayna rəhbərliyini vətəndaş cəmiyyətinin parçalanmasına, Ukrayna dövlət quruluşunun irəliləyən inkişafına qəsd edilməsinə yol verməməyə çağırır. Ukrayna Millətlər Assambleyası milliyyətindən, dinindən və ictimai durumundan asılı olmayaraq bütün vətəndaşları Ukraynada barışığın, sülhün və sabitliyin saxlanılması üçün səyləri birləşdirməyə çağırır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO