TƏŞVİQAT QRUPLARINI TELEVİZİYA və RADİO DEBATLARINDA KİMLƏR TƏMSİL EDƏCƏK?

18 mart referendumu ilə bağlı təşviqat kampaniyası başlayıb. Təşviqat qrupları fevralın 18-i axşam İctimai Radioda ilk çıxışlarını edəcəklər.

“Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı “Media forum” saytına bildirib ki, İctimai Radioda bugünkü dəyirmi masada onları Müsavat başqanının müavini Qabil Hüseynli təmsil edəcək. Növbəti dəyirmi masalara partiya rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən Müsavat başqanı İsa Qəmbərin qatılacağı gözlənir: “Amma hələ yekun qərar verilməyib”.

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” təşviqat qrupu çıxışçılarını bu gün müəyyənləşdirəcək. Səlahiyyətli nümayəndə Həsən Kərimov deyib ki, təşviqat qrupunun saat 18:00-da başlayacaq toplantısında İctimai TV və radioda çıxış edəcək nümayəndələrin adları məlum olacaq.

“Yeni Azərbaycan” təşviqat qrupu radio və televiziyada dəyirmi masalara qatılacaq nümayəndələrini müəyyənləşdirsə də, onların adlarını açıqlamayıb. Qrupun səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov “Media forum”a bildirib ki, bu, onların daxili işidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO