Türkiyədə koalisiya hökumətinin qurulması mümkün olmadı

Türkiyədə koalisiya hökumətinin qurulması mümkün olmadıBu gün Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə müxalif Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli arasında koalisiya hökumətinin qurulması ilə bağlı görüş keçirilib. Görüş nəticəsiz bitdiyi üçün Türkiyədə koalisiya hökumətinin qurulması mümkün olmayıb.

Trend TRT Haber telekanalına istinadən xəbər verir ki, görüşün nəticələri barədə jurnalistlərə açıqlama verən Baş nazir Ə.Davudoğlu bildirib ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə koalisiya hökumətinin qurulması üçün əlindən gələni etdi.

Ə.Davudoğlu ilə D.Bahçeli arasında keçirilən görüşün 2 saat 26 dəqiqə çəkdiyi bildirilir.

MHP lideri D.Bahçeli isə erkən seçimə dəstək verməyəcəklərini deyib.

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı uğursuz cəhdindən sonra D.Bahçeli bildirmişdi ki, AKP milliyətçi hərəkatın şərtlərini qəbul etsə, koalisiya hökumətinin formalaşdırılmasına razılığını verə bilər.

MHP-nin əsas şərti ondan ibarətdir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümumilikdə ölkənin siyasətinə qarışmasın.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO