Türkiyə ilə Azərbaycan arasında “Hava Hücumundan müdafiə təlimi ” anlaşma memorandumu təsdiqlənib

Türkiyə ilə Azərbaycan arasında "Hava Hücumundan müdafiə təlimi" anlaşma memorandumu təsdiqlənibTürkiyə ilə Azərbaycan arasında “Hava Hücumundan müdafiə təlimi üçün Ev sahibi ölkənin Dəstəyinə dair” anlaşma memorandumu təsdiqlənib. Bu barədə Trend Türkiyənin “Rəsmi Gəzeti”nə istinadən məlumat verir.

Məlumata əsasən, “Hava Hücumundan müdafiə təlimi üçün Ev sahibi ölkənin Dəstəyinə dair” anlaşma memorandumu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

“Hava Hücumundan müdafiə təlimi üçün Ev sahibi ölkənin Dəstəyinə dair” anlaşma memorandumu 2015-ci il sentyabrın 3 də Bakıda, 18 Sentyabr 2015-ci ildə isə Ankarada Türkiyə Baş Qərargahının Maddi-texniki Təminat idarəsinin şöbə müdiri, polkovnik Ahmet İlbaş və Azərbaycan Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov tərəfindən imzalanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO