Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək. Trend-in şənbə günü “Hürriyet Daily News” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.
Onun sözlərinə görə, rəsmi Ankara Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarıdır.
Davudoğlu onu da qeyd edib ki, Ankara regionda sülhün və sabitliyin təminatı məsələsinə kompleks yanaşılması çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan istənilən addımı dəstəkləyəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO