Türkiyədə PKK ilə atışmada 9 əsgər şəhid olub, 20-dən çox terrorçu məhv edilib

Türkiyənin cənub-şərqində sentyabrın 2-də axşam PKK terrorçuları ilə baş verən silahlı toqquşmada ən azı 9 hərbçi və polis şəhid olub, 8-dən çoxu isə yaralanıb. APA-nın məlumatına görə, terrorçular Şırnak vilayətinin Beytüşşəbah rayonunda hərbi şəhərciyə və polis postlarına basqın ediblər. Hücum zamanı qumbaraatanlardan və avtomat silahlardan istifadə edilib.
Terrorçularla atışma bir neçə saat davam edib.
Sentyabrın 3-ü səhərə yaxın 20-dən çox terrorçu məhv edilib.

apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO