Türkiyə və Azərbaycan müdafiə sənayesi sahəsində birgə istehsala başlaya bilərlər

Türkiyə və Azərbaycan müdafiə sənayesi sahəsində birgə istehsal üzrə layihə reallaşdıra bilərlər ki, bu da ölkələr arasında dövlət səviyyəsində müzakirə olunan başlıca mövzudur. Bunu çərşənbə günü Trend-ə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib.
Coşqunun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi məhsullarının ticarəti haqqında çox uğurla reallaşdırılan saziş mövcuddur.
“Son illər ərzində Türkiyə müdafiə sənayesinin inkişafında yaxşı nəticələrə nail olub”, – o deyib.
Səfir qeyd edib ki, Türkiyə bu gün müdafiə sənayesi sahəsində nəzərəçarpan nəticələr əldə edib və qırıcılar, tanklar və hərbi peyklər kimi məhsullar istehsal edir.
2012-ci ildə Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 2011-ci illə müqayisədə 35,7 faiz artaraq 1,2 milyard dollar təşkil edib. Bu barədə Türkiyə Müdafiə Sənayesi İxracatçıları Şurasının hesabatında bildirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO