Türkiyə qardaş Azərbaycanın maraqlarını Ermənistanın maraqlarına qurban verməz

Türkiyə qardaş Azərbaycanın maraqlarını Ermənistanın maraqlarına qurban verməz “Türkiyə-Ermənistan protokollarının həyata keçirilməsi üçün əsas bənd Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsidir ki, bu da protokollarda göstərilib”, – Ərdoğan deyib.

Onun sözlərinə görə, erməni tərəfi bu vacib şərti yerinə yetirən kimi, Türkiyə dərhal öz sərhədlərini açacaq.
“Biz ATƏT-in Minsk qrupunu öz öhdəliklərinə əməl etməyə çağırırıq. Rusiya, Fransa və ABŞ bunu edən kimi, biz Dağlıq Qarabağ münaqişəsinin həllini tapacağıq”, – Baş nazir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO