Türkiyə-Ermənistan sərhədində etiraz aksiyası keçirilib

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin İqdır vilayətinə səfər edib.
Beynəlxalq Diaspor Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk öncə İğdırda yerləşən soyqırım abidəsi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub. Daha sonra BDM, DAK və Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) birgə təşkilatçılığı ilə İqdırın Əlican kəndində Əlican sərhəd-keçid məntəqəsi önündə yalançı “erməni soyqırımı”na etiraz olaraq mitinq keçirilib. Çox sayda sadə vətəndaşın, eləcə də İqdırda və Qarsda fəaliyyət göstərən QHT və diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi mitinqdə qondarma “erməni soyqırımı”nın ermənilərin bir uydurması olduğu bəyan edilib. Əksinə, 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı soyqırım törətməsi faktına diqqət çəkilib.
Mitinqdə çıxış edən BDM sədri İsmayıl Ağayev bunun Əlican sərhəd-keçid məntəqəsində keçirdikləri ikinci etiraz mitinqi olduğunu vurğulayıb.
“Bu ermənilərə dəfələrlə demişik, yenə də deyirik, Qarabağla, İrəvan bizimdir, əl çəkin bu saxta torpaq iddialarınızdan. İrəvanın sahibi olaraq illərlə bu torpaqları sizə kirayə vermişik. Ancaq artıq bu zaman bitib. Türk millətinə qarşı törətdiyiniz soyqırımların hesabını elə buradaca, türk millətinin ayaqları altında tapdanaraq verəcəksiniz. Qarabağı azad edəcəyik və növbəti hədəfimiz İrəvan olacaqdır”, – Ağayev bildirib.
ASİM-DER başqanı Göksəl Gülbəy 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı törətdikləri soyqırıma diqqət çəkərək, erməni diasporunun 24 aprel qondarma “erməni soyqırımı”nı dünyaya sırımasına, xüsusilə də Avropa və ABŞ siyasətçilərinə təzyiq göstərərək bunu qəbul etdirməyə çalışmasına etiraz olaraq bu mitinqi keçirdiklərini bildirib. O, 1915-1918-ci illərdə bu bölgələrdə və 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı görməməzliyə vuran dünya birliyinə səslənərək “ermənilərin türk millətinə qarşı törətdikləri soyqırımlara, vəhşiliyə qarşı səssiz qalmayın, türk millətinə qarşı edilən bu haqsızlığa göz yummayın artıq”,- qeyd edib.
Mitinqdə çıxış edən digər natiqlər ermənilərin müsəlmanlara, türklərə qarşı törətdikləri soyqırımların dünya birliyinin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıblar.
Aksiyaının sonunda 24 aprel qondarma “erməni soyqırımı”na etiraz olaraq Ermənistan prezidenti Serj Sarkisyanın müqəvvası yandırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO