“Türkiyə-Ermənistan sərhədi 80 il də bağlı qala bilər “

"Türkiyə-Ermənistan sərhədi 80 il də bağlı qala bilər" “Türkiyə-Ermənistan sərhədi 18 ildir bağlıdır, ancaq 80 il də bağlı qala bilər. Bizim istədiyimiz ədalətdir, işğal olunan torpaqların azad olunmasıdır”. Məlumata görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc deyib. Səfir bildirib ki, dünya dövlətlərinin bölgədəki ədalətsizliyi görməsi lazımdır: “Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT-nin 4 qətnaməsi var. Bunlar yerinə yetirilməlidir. Bu gün Türkiyəyə təzyiq edənlər, “sərhədi aç” deyərək basqı yapanlar bu qətnamələri görmürlərmi? Türkiyə Azərbaycan torpaqlarının işğal olunması səbəbindən sərhədlərini bağlayıb. Əvvəlcə bu səbəb aradan qaldırılmalıdır. İşğal aradan qalxmayınca, sərhədlər açılmayacaq. Türk qardaşları daim Azərbaycanın yanında olacaq. Biz gücümüzü birləşdirməliyik. Aramızda hər hansı problem olarsa da, oturub səmimi şəkildə danışıb, həll etməliyik. Qardaşlar arasında problem ola bilər və onlar danışılaraq həll olunmalıdır”.
Səfir deyib ki, ABŞ Türkiyəni itirərsə, Azərbaycanı da itirmiş olacaq: “Vaşinqtonun bunu bilməsi lazımdır. Ona görə də bizim bir olmağımız lazımdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO