Türkdilli dövlətlərin diaspor təşkilatlarının I Forumunun Bakıda keçirilməsi nəzərdə tutulub

Türkdilli dövlətlərin diaspor təşkilatlarının I Forumunun Bakıda keçirilməsi təklif edilib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

“Bu ideyanın müsbət qarşılanacağına əminəm. Forumun bu il ərzində Bakıda keçirilməsi nəzərdə tutulub”, – İbrahimov bildirib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, həmin tədbirdə gələcəkdə türkdilli dövlətlərin diasporunun strateiyasını hazırlayıb ortaya qoymaq nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə nazirləri və təşkilat rəhbərlərinin birinci iclası öz işinə başlayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO