“Transparency International “-ın hesabatı ilə bağlı yanlışlığa yol verilib – təşkilatın Azərbaycan nümayəndəliyi

Beynəlxalq Şəffaflıq Təşkilatının (“Transparency International” ) Azərbaycan nümayəndəliyinin rəhbəri mətbuatda korrupsiya qavrama indeksi barədə yayılmış məlumatların həqiqətəuyğun olmadığını bildirib.

“Transparency International” təşkilatı hər il korrupsiya qavrama indeksini təqdim edir. Sonuncu dəfə bu indeks keçən ilin sentyabrında açıqlanıb və burada 180 ölkə arasında Azərbaycan bu siyahıda 158-ci yeri tutub. Yeni hesabat oktyabr və ya noyabrda açıqlanacaq”, – çərşənbə axşamı Trend News-a “Transparency Azerbaijan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva bildirib.

Trend News-un arayışı: Bəzi mətbu orqanlarda “Transparency International” təşkilatının son hesabatında korrupsiyanın səviyyəsinin daha çox olduğu ölkələr siyahısında Azərbaycanın ikinci yerdə göstərilməsi barədə məlumatlar yayılıb.

Səfərəliyevanın sözlərinə görə, Azərbaycanın bəzi mətbu orqanlarında “Transparency International” təşkilatının hesabatı ilə bağlı yanlışlığa yol verilib. “Mətbu orqanlar istinad etdikləri mənbədəki məlumatları dəqiqliklə başa düşməyiblər. “Şəffaflıq Azərbaycan” təşkilatının əməkdaşları bu cür məlumatın dərc olunduğu qəzetin təkzib verməsi istiqamətində iş aparırlar”, – o deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO