Ötən il respublikada 2890 yol qəzasında 1016 nəfər ölüb, 3031 nəfər xəsarət alıb

Respublika Baş Dövlət Yol Polisi İdarəsi 2011-ci ildə ölkə ərazisində baş verən yol qəzalarının statistikasını açıqlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, ötən il respublikada 2890 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 1016 nəfər ölüb, 3031 nəfər isə xəsarət alıb. Respublikada baş verən yol qəzalarının 1175-i Bakı şəhərində törədilib. Həmin qəzalarda 371 nəfər ölüb, 1176 nəfər xəsarət alıb.

K. Əliyev respublikada baş verən yol qəzalarının təxminən 40 faizinin piyadaların vurulması ilə bağlı olduğunu qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO