Terri Devidson: “İRİ ABŞ-ın əsas tərəfdaşı olub “

ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Bakı ofisinin fəaliyyətini dayandırması ilə bağlı məsələyə aydınlıq gətirib. Səfirliyin sözçüsü Terri Devidson APA-ya bildirib ki, Azərbaycan müstəqillik qazandığı vaxtdan Birləşmiş Ştatlar ölkənin demokratik islahatlar və inkişafına yaxından dəstək verib: “ABŞ siyasi islahatlara dəstək vermək və demokratik qurumları gücləndirmək öhdəliyinə sadiqdir. Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratlar İnstitutu və Seçki Sistemləri üzrə Beynəlxalq Fond kimi təşkilatlar son illər ərzində ABŞ hökumətinin əsas tərəfdaşları olmuşlar”.

T. Devidsonun sözlərinə görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) həyata keçirdiyi proqramlar üzərində müntəzəm yoxlamalarını başa çatdırıb və yeni layihə təklifləri üçün elan verib. Təşkilat daxilində aparılan bu prosesdə Milli Demokratlar İnstitutu (NDİ) və Seçki Sistemləri üzrə Beynəlxalq Fond (İFES) öz layihələrini təqdim edib və bu təşkilatlar ABŞ səfirliyi ilə əməkdaşlığı davam etdirəcəklər. Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ) isə bu prosesdə iştirak etməyib və Azərbaycanda fəaliyyətini dayandırmaq niyyətindədir. “Beynəlxalq Respublikaçılar İnstitutu Azərbaycanda demokratiyanın gücləndirilməsi istiqamətində bizim səylərimizə əhəmiyyətli töhfələr verib, ”- deyə T. Devidson bildirib.

Qeyd edək ki, İRİ-nin Bakı ofisi fəaliyyətini noyabrın 30-da dayandıracaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO