“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əlavə və dəyişikliklər layihəsini qəbul edilib

Milli Məclisin (MM) bugünkü iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, sənəd haqqında MM-in Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Komitə sədri deyib ki, qanuna təklif olunan əlavə və dəyişikliklərdə mədəniyyət abidələrinin özəlləşdirlib-özlləşdirilə bilməməsinə aydıblıq gətirlir: “Elə abidələr var ki, onlar yerli əhəmiyyətli olsa da, özəlləşdirilməsinə və səmərəli istifadə olunmasına icazə verilmirdi. Qanuna təklif edilən əlavə və dəyişiklik bu problemi aradan qaldırır”. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.

İclasda MM-in İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkili məsələlərinə də baxılıb. Bundan başqa, Azərbaycanla Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında, “Azərbaycanla Qazaxıstan arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” sazişlər təsdiqlənib.

Millət vəkilləri, həmçinin “Polis haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna və 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli qanunla təsdiqlənən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”na əlavə və dəyişikliklər layihələrini də qəbul ediblər.

İclasda, həmçinin “Mülki-Prosessual Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi haqqında” 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli qanunun tətbiq edilməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələ, eyni zamanda Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli qanunun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanunun layihəsi də müzakirə olunaraq qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO