SUMQAYITDA BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLMİŞDİR

SUMQAYITDA BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLMİŞDİR8 Mart – Beynəlxalq Qadınlar günü ərəfəsində Sumqayıt Dövlət Rəsm Qalereyasında bu bayrama həsr edilmiş tədbir keçirilmişdir. Bayrama dəvət edilənlər arasında şəhərin ictimai həyatının bütün sahələrini təmsil edən qadınlar vardı.

Qonaqların hər biri salona daxil olarkən onlara qızıl güllər təqdim edilmişdir. Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev tədbir iştirakçılarını təbrik etmişdir.

O, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və inkişaf etdirilməsində Azərbaycan qadınlarının rolunu, onların vətənpərvərliyini, nəcibliyini və müdrikliyini vurğulayaraq qeyd etmişdir ki, xalqımızın tarixinin ən mürəkkəb dövrlərində qadınlar özlərini müsbət cəhətdən göstərmiş, kövrək çiyinlərinə düşən sosial yükün ağırlığına baxmayaraq, həmişə ailənin və cəmiyyətin mənəvi dayağı olmuşlar.

V.Əliyev Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatına inteqrasiyası, onların istedad və qabiliyyətlərinin tam reallaşması üçün maksimum əlverişli şərait yaradılmasında ümummilli lider Heydər Əliyevin rolunu vurğulamışdır.
Şəhər rəhbəri cari ilin Sumqayıt üçün yubiley ili olduğunu xatırladaraq demişdir ki, Sumqayıt qadınlarının elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində fəal iştirakı, bu insanların şəhərin təşəkkülünə və inkişafına töhfəsi onların çox böyük potensiala malik olmasından xəbər verir. Sumqayıt qadınlarının çoxu səmərəli əməyinə görə yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyası şəhər təşkilatının qadınlar birliyinin sədri, respublikanın əməkdar müəllimi Nazilə Cəlilova dövlətimizin başçısı İlham Əliyevin böyük quruculuq işlərinə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının uğurla həyata keçirilməsinə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, bütün bunlar son nəticədə Azərbaycan qadınlarının əhvalına müsbət təsir göstərir.
Görüş iştirakçıları qadın mövzusuna həsr edilmiş rəsmlərin və tətbiqi incəsənət əsərlərinin qalereyada təşkil edilmiş böyük sərgisi ilə tanış olmuşlar.
Dövlət Rəsm Qalereyasının salonunda Azərbaycan bəstəkarlarının klassik əsərləri səslənmişdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO