Strasburqda Xocalı soyqırımına həsr edilmiş mitinq keçiriləcək

Mitinqin keçirilməsi üçün şəhər rəhbərliyinin və yerli polis idarəsinin razılığı alınıb

Fevralın 28-də Fransanın Strasburq şəhərində fəaliyyət göstərən Strasburq «Azərbaycan evi»nin təşkilatçılığı ilə Xocalı soyqırımının 17-ci ildönümü qeyd ediləcək.

ANSPRESS-in məlumatına görə, bu məqsədlə Strasburq Azərbaycan Evi türk və Azərbaycan təşkilatının dəstəyi ilə Strasburq şəhərinin mərkəzindəki Kleber meydanında mitinq keçiriləcək.

Mitinqin keçirilməsi üçün şəhər rəhbərliyinin və yerli polis idarəsinin razılığı alınıb. Mitinqlə bağlı Azərbaycanla mədəni əlaqələr cəmiyyətləri, həmçinin Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Mulhous Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyası geniş təbliğat aparır.

Aksiya yerli vaxtla saat 14.00-dan 16.30-a qədər keçiriləcək. Mitinq zamanı Xocalı soyqırımı ilə bağlı fransız, ingilis dillərində kitablar, həmçinin soyqırıma həsr edilmiş fransız dilində qəzet də paylanacaq. Mitinqdən sonra isə yerli R.B.S radiosunda (FM 91.9) saat 15.00-dan 17.00-dək Xocalı soyqırımına həsr edilmiş iki saatlıq xüsusi radio proqramı yayımlanacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO