SOS: Bakı əhalisi təhlükədədir

İqtisadi artımla bağlı ölkə rəhbərliyi bütün sahələr üzrə, həmçinin sosial inkişaf sahəsinə aid jiddi qərarlar qəbul etməkdədir. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini diqqət mərkəzində saxlamaq məqsədilə yeni yollar tikilir, istifadədə olan nəqliyyat arteriyaları, körpülər, yeraltı keçidlər isə abadlaşdırılır, təkmilləşdirilir. Ekspertlər qeyd edirlər ki, Azərbaycanın avtomobil nəqliyyatı bazarı dəyər baxımından iqtisadiyyatın digər sahələri arasında ən iri həcmli sahələrdən biridir. Bundan başqa, əhalinin rifah halının yüksəlməsi vətəndaşların şəxsi mülkiyyətindəki avtomobil nəqliyyatı vasitələrinin (ilk növbədə minik avtomobillərinin) sayının əhəmiyyətli dərəcədə artması ilə nəticələnir. Lakin jiddi səylərə rəhmən Bakı şəhərindəki yol hərəkəti təhlükəsizliyi ilə bağlı vəziyyət tədrijən gərginləşir.

Birgə İşçi Qrupunun «Qaynar Xətt»inə daxil olan çoxsaylı şikayətlərin mahiyyəti buna əyani sübutdur. Şikayətlərin bir qismi paytaxtın hava hövzəsinin kəskin çirklənməsi ilə bağlıdır. Statistika göstərijiləri də şəxsi, o jümlədən ujuz başa gələn köhnə, ekoloi standartlara cavab verməyən nəqliyyat vasitələrinin xüsusi çəkisinin daima artmasından xəbər verir. Avtomobillərin sayı ilə küçə-yol şəbəkəsinin buraxma imkanları ilə mütanasiblik pozulur, nəticədə tıxaclar, yanacağın izafi xərci, yol-nəqliyyat hadisələrinin artması, ətraf mühitin çirklənməsi kimi ciddi fəsadlar törədilir. Havanın çirklənməsində avtomobillərin əmsalı, ekspertlərin rəyinə görə, 45 – 60 faiz təşkil edir. Çirkləndirici maddələrin sırasında həmçinin insan səhhəti üçün misilsiz dərəcədə təhlükəli olan kanseroqenli benzapiren (C2H12), aerozollar və fotooksidlər vardır. Hava hövzəsinin ekoloci faciəsinə gətirən amillərə aşağıdakıları aid etmək olar:

• istifadə olunan mühərrik yanajaqlarının müasir texnoloci tələblərə javab verməməsi;
• istifadə olunan avtomobillərin aşağı səviyyəli ekoloci göstəriciləri;
• avtonəqliyyat müəssisələrində, texniki xidmət və təmir stansiyalarında diaqnostik və nəzarət-sınaq avadanlığının olmaması;
• ekoloci polis xidmətinin fəaliyyətinin formal olması.

Avtomobillərin törətdiyi səs-küy çirkləndirilməsi həddi keçərək şəhərin mərkəzində 150 desibelə çatır ki, bu da maksimal həddən ikiqat çox olduğundan insanların eşitmə qabiliyyətini və əsəb sistemini jiddi şəkildə pozur. Mərkəzi küçələrin hər iki tərəfindəki özbaşına avtomobil dayanacaqları vətəndaşların, o cümlədən piyadaların Nizami küçəsindəki Torqovaya kimi tanınan hissəsində, Dənizkənarı Milli parkda, Mərkəzi Univermaqın ətrafında, Rəsul Rza küçəsində, Xaqani küçəsində, digər mərkəzi küçələrdə hərəkətini xeyli çətinləşdirir.

Beləliklə, ölkə prezidentinin 1 fevral 2006-jı ildə imzaladığı 1255 saylı «Bakı şəhərində nəqldiyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ji illər üçün tədbirlər planı»nın təsdiq edilməsi haqqında» sərənjamı tam yerinə yetirilmir.

Bu günə kimi İcra Hakimiyyətinin müvafiq strukturları (o jümlədən Bakı şəhər İH, həmçinin paytaxta mənsub Səbayıl, Nəsimi, Nərimanov, Yasamal, Nizami, Xətai rayonlarının İH başçıları) adıçəkilən Sərancamın 28-ji bəndinin tələblərinə rəhmən avtodayanacaqlar üçün yer ayırmamış, 9-ju bəndə zidd olaraq tijarət obyektlərinə xidmət edən yük avtomobillərin hərəkət jədvəlini tərtib etməmiş, 11-ji bəndin tələblərini yerinə yetirməyərək taksi dayanajaqlarını və taksilərin maksimal həddini müəyyənləşdirməmişdilər. Tələblər yerinə yetirilmədiyindən sürücülər qanunları pozmaq məjburiyyətindədirlər. Konkret misal: Dənizkənarı Milli parkın 3, 5 kilometri boyu maşınların dayanmasına ijazə verməyən zolaqlar çəkilmiş, lakin texniki imkanlardan yararlanmadan istirahət edən vətəndaşlar üçün bir dənə olsun stasionar dayanacaq planlaşdırılmamışdır. Ölkə rəhbərinin Sərənjamına həmçinin İqtisadi İnkişaf Nazirliyi ilə AR Dövlət Tikinti və Memarlıq Komitəsi də biganə münasibət bəsləməkdədir. Belə ki, müvafiq Səranjamın 15-ji bəndinə əsasən şəhərsalma və tikinti normalarına javab verməyən, «tıxaj»ların yaranmasına və ekoloci problemlərə səbəb olan çoxmərtəbəli binaların inşasına ijazə verilməməlidir.

Beləliklə:
• Paytaxtdakı avtomobil parkı obyektiv və subyektiv səbəblərdən artmaqdadır;
• Nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyinin səviyyəsi minik avtomobillərin sayına mütanasib deyil, atmosferi çirkləndirən toksik maddələr normativləri qat-qat üstələyir;
• Təsərrüfat və yaşayış zonalarının inşası plansız, istehsalat obyektlərinin və əhalinin artımını nəzərə alınmadan aparılır.
• Paytaxtın əsas avtomobil yollarında hərəkətin intensivliyi dəqiq ölçülmədiyinə, gur hərəkətin saatları nəzərə alınmadığına görə müvafiq kartoqramın çıxarılması yubanır.

Təklifimiz ondan ibarətdir ki, yuxarıdakı nöqsanları nəzərə alaraq, yuxarıda əks etdirilən məsələlərə bilavasitə cavabdeh olan, lakin sosial sifarişi hələ də nəzərə ala bilməyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının tərkibi genişləndirilsin, həmin quruma Vətəndaş Jəmiyyətinin (QHT) nümayəndələri daxil edilsin.

Prezident İlham Əliyev bu ilin iyul ayının 8-də «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı»nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Paytaxtın sürətlə böyüdüyünü nəzərə alaraq həmin mühüm sənədin reallaşmasına geniş ijtimaiyyət nümayəndələrinin iştirakı təmin olunmalıdır.

İlkin təhlükələrin aradan qaldırılması məqsədilə Bakı İjra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Milli Təhlükəsizlik Nazirliklərinin nümayəndələrindən ibarət işçi qrup yaratmaq zərurəti var (Belə ki, Azərbayjanın milli təhlükəsizliyi haqda qanun pozulur).

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO