Sitalçay ərazisində yeddi hərbi sursat tapılıb

ANAMA Sitalçay ərazisində minatəmizləmə əməliyyatlarına start verib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sitalçay ərazisindəki əməliyyatlara artıq bir həftədir ki, başlanılıb.
Ötən həftə ərzində aparılan əməliyyatlar nəticəsində 37000 kvadrat metr ərazi təmizlənib və yeddi hərbi sursat tapılıb. Onlardan biri 25 mm-lik tank mərmisi, digərləri isə müxtəlif təyinatlı döyüş partladıcıları olub.
Qeyd edək ki, ölkədə havaların qeyr-sabit keçməsi minatəmizləmə işlərinə mənfi təsir göstərib. Belə ki, hava şəraiti minatəmizləmə əməliyyatlarının intensivliyinin müəyyən qədər səngiməsinə səbəb olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO