Səfir Piter Beytmen Bakı Ali Neft Məktəbində olub

Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Piter Beytmen Bakı Ali Neft Məktəbində olub.
Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rektor Elmar Qasımov bildirib ki, günü-gündən inkişaf edən ölkəmizdə beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir. Bakı Ali Neft Məktəbinin yaradılması və qısa zaman ərzində yüksək uğurlar əldə etməsi ölkə başçısı cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizinin əyani sübutudur .
Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulduğunu qeyd edən rektor Heriot-Vatt Universitetei ilə əldə olunmuş razılaşmaya əsasən Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və müxtəlif proseslərin Heriot -Vatt Universitetinin tələblərinə uyğun həyata keçiriləcəyini və bunun nəticəsi olaraq BANM məzunlarına həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomlarının veriləcəyini bildirib.
Qasımov ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddətdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və dünyanın inkişaf etmiş dövlətlərinin sırasında öncül yerlərdən birini tutan Böyük Britaniyanın elm və təhsil mərkəzləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen isə Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin həm bütün sahələrdə inkişaf edən Azərbaycan dövləti üçün, həm də Azərbaycana böyük investisiyalar yatırmış və gələcəkdə bu sahədə işləri genişləndirməyi düşünən Böyük Britaniya üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkədə aparıdığı uğurlu iqtisadi-siyasi inkişafdan danışaraq vurğulayıb ki, dünyaya açılmış və regionun önəmli dövlətinə çevirilən Azərbaycan Böyük Britaniya və Avropa İttifaı(Aİ) dövlətləri üçün böyük əhəmiyyət daşıyır. Təhsillə bağlı məsələlərə yüksək diqqət ayırdıqlarını bildirən səfir Bakı Ali Neft Məktəbi ilə hər zaman bu sahədə əməkdaşlıq etməyə və Böyük Britaniyanın müxtəlif təhsil mərkəzləri ilə əlaqələrin qurulmasına dəstək verməyə hazır olduqlarını bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO