Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən nəşr edilmiş seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başlayıb.
MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bülletenlərin DSK-lara paylanması prosesi səsverməyə 5 gün qalana kimi yekunlaşmalıdır. Səsverməyə 3 gün qalana qədər isə bülletenlər DSK-lar tərəfindən məntəqə seçki komissiyalarına paylanacaq. Qeyd edək ki, prezidentliyə 7 namizəd var. Namizədlərin adları bülletenlərə soyadlarının əlifba sırası ilə yazılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO