“Seçki 2008” QHT Koalisiyası seçkini 1500 nəfərlə müşahidə edəcək

“Seçki 2008” QHT Koalisiyasının üzvləri yerlərdəki seçkiöncəsi vəziyyətlə tanışlıq və yerli müşahidəçi korpusunu formalaşdırmaq məqsədilə regionlara səfəri davam etdirir.
Qurumdan Lent.az-a bildirilib ki, koalisiyanın üzvləri artıq onlar Ağdam, Tərtər, Bərdə, Goranboy, Gəncə, Tovuz və Qazaxa səfər ediblər. Burada koalisiyanın dairələr üzrə müşahidəçiləri ilə görüşüb, məntəqələrdə seçici siyahıları ilə tanış olublar.
Qeyd edək ki, Koalisiya Qarabağ, Aran, Gəncəbasar, Şimal, Cənub və Bakı olmaqla ölkənin 6 bölgəsində seçkiləri müşahidə etməyi planlaşdırır. Seçki günü 1500-dən çox müşahidəçi 60 seçki dairəsində müşahidə aparacaq. Məlumatlar dairələr üzrə müşahidəçilərdə toplanaraq, Koalisiyanın Mərkəzi ofisinə çatdırılacaq. Koalisiyanın prezident seçkisi ilə bağlı ilkin rəyi oktyabrın 16-da açıqlanacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO