“Seçki 2008” monitorinqin nəticələrini açıqlayb

“Seçki 2008” QHT Koalisiyası 15 oktyabr prezident seçkisi ilə bağlı keçirdiyi monitorinqin 7-ci həftəsini başa çatdırıb.
Bu həftə prezident seçkisi ilə bağlı monitorinqi aparılan 9 qəzet və üç internet saytında ümumilikdə 340 yazı dərc edilib. Yazılardan 94-ü beynəlxalq müşahidəçilər, seçkiyə nəzarət, seçki maarifləndirməsi, medianın monitorinqi və MSK-nın məlumatları, qərarları barədədir. Hazırkı dövlət başçısı, prezidentliyə namizəd İlham Əliyev haqqında 129 yazı verilib. Bu yazılardan cəmi 1-i onun əleyhinədir, qalanları isə tərəfsiz olub. Digər prezidentliyə namizədlər İqbal Ağazadə (13), Qulamhüseyn Əlibəyli (5), Fazil Qəzənfəroğlu (5), Qüdrət Həsənquliyev (9) və Fuad Əliyev (4) haqqında isə ümumilikdə 36 yazı verilib. Seçkiləri boykot edən müxalifət və onların fəaliyyətinə 38 yazıda yer ayrılıb. Hakimiyyətin seçki siyasəti və YAP barədə 15 yazı yazı dərc edilib. Onun 12-i hakimiyyətin və YAP-ın əleyhinə, 3-ü isə lehinədir. Hakimiyyətin seçki saxtakarlığına dair 4 yazı yayılıb. Yazılardan 1-də İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərov tənqid edilib. Digər yazılar isə ümumi şəkildə namizədlər və seçkilər barədədir. Monitorinqin nəticələrində deyilir ki, on-layn resurslar arasında seçki xəbərlərinin bolluğuna görə “Lent.az” saytı seçilir. “Lent.az” nəinki seçki xəbərlərinə geniş yer verməyə başlayıb, saytda namizədlərin reklamlarına da təsadüf etmək olar. “Mediaforum.az” və “1news.az” saytları da seçki xəbərlərinin sayı və çeşidinə görə ”Lent.az”-la eyni cərgədə yer almağa çalışırlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO