Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Van-Yerevan reysinin açılmasını tənqid edib

Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Van-Yerevan birbaşa aviareysinin açılmasını tənqid edib. Bu barədə Trend çərşənbə axşamı “Pirsus Haber”ə istinadən məlumat verir.
Gülbey Türkiyə Nəqliyyat Nazirliyini Ermənistan ilə bağlı qərarların qəbulu zamanı daha ciddi olmağa çağırıb.
Onun sözlərinə görə, Van-Yerevan aviareysinin açılması Ermənistanın Türkiyə üzərində qələbəsi olacaq.
“Türkiyə və Ermənistan arasında hava məkanı xeyli müddətdir açıqdır. Lakin Yerevandan Vana reysin açılması ermənilər üçün xüsusilə vacibdir, çünki onlar Vanı “Qərbi Ermənistan”ın “paytaxtı” hesab edirlər”, – o deyib.
Gülbey, həmçinin qeyd edib ki, reysin açılması, “Türk Hava Yolları”nın beynəlxalq reyslərində “Agos” qəzetinin pulsuz paylanması Azərbaycan tərəfindən düzgün başa düşülməyə bilər ki, bu da iki ölkənin münasibətlərinə zərər vura bilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO