Səfir: Almaniyanın ATƏT-də sədrliyinin prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaq

Səfir: Almaniyanın ATƏT-də sədrliyinin prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaqAlmaniyanın ATƏT-də sədrliyinin əsas prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib.

Onun sözlərinə görə, həmçinin dondurulmuş münaqişələr probleminə, ATƏT ölkələri arasında iqtisadi əlaqələrin inkişafına diqqət yetiriləcək.

Səfir qeyd edib: “Azərbaycanın da iştirak edəcəyini gözlədiyimiz müxtəlif biznes forumların və konfransların keçirilməsi planlaşdırılır”.

Xatırladaq ki, Almaniya 2016-cı ildə ATƏT-in sədri oldu.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO