Rusiya səfiri: “Azərbaycanda çox uğurlu seçki keçirilib”

Rusiya səfiri: “Azərbaycanda çox uğurlu seçki keçirilib” “Azərbaycanda çox uğurlu seçki keçirilib”. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. O, ölkəni və onun rəhbərini uğurlu seçkilər və qələbə münasibətilə təbrik edib. Diplomat MDB-nin müşahidəçilik institutunun rolunu xüsusi qeyd edib: “Müşahidəçilərin rəyi ciddi məlumatlara əsaslanırdı”.
Bir çox MDB müşahidəçisi ilə söhbət etdiyini söyləyən V. İstratovun sözlərinə görə, bu şəxslər Azərbaycandakı seçkilərin öz keyfiyyətinə görə analoqu olmadığını vurğulayıblar: “Digər ölkələrlə müqayisədə Azərbaycan öndədir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO