Rəsmi İrəvan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə razılıq verib

Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün təşkil olunmasına razılıq verib.

APA-nın Ermənistan İctimai Radiosuna istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri əvəzi Edvard Nalbandyan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberglə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan sözügedən görüşün keçirilməsinə dair ATƏT-in Minsk Qrupunun təklifi ilə razılaşıb.

E.Nalbandyan Dağlıq Qarabağ nizamlamasında tərəqqinin əldə olunmamasına görə Azərbaycanı ittiham edib: “bu məsələdə günahkar Ermənistan, Qarabağ və ya ATƏT-in Minsk Qrupu deyil, məhz Azərbaycandır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO