Rəcəb Tayyib Ərdoğan: Silahı yerə qoyan PKK yaraqlıları Türkiyəni tərk edə biləcəklər

Silahı könüllü olaraq yerə qoyan terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ərazisini tərk edə və başqa ölkəyə gedə biləcəklər. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Sabah” qəzeti xəbər verir. Onun sözlərinə görə, əgər müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK müvəqqəti atəşkəs elan edərsə, bu, kifayət etməyəcək, yaraqlıların silahı tamamilə yerə qoymaları vacibdir.
Türkiyə ilə müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK arasında münaqişə 25 ildən çoxdur davam edir. Münaqişə 40 mindən çox insanın həyatına son qoyub. PKK BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO