“Razılaşdırılmamış məsələlər prezidentlərin Kazan görüşündə müzakirə olunacaq”

“Razılaşdırılmamış məsələlər prezidentlərin Kazan görüşündə müzakirə olunacaq” Bunu bu gün gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə Tiflisdə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, bir neçə razılaşdırılmamış məsələnin qaldığını bildirib: “Danışdıq ki, bu məsələlər barədə prezidentlərə məlumat verək. Bu məsələdə beynəlxalq təcrübələr var. Bu məsələlər Azərbaycanda hüququ yox, siyasi xarakter daşıyır. Biz əgər yerimizdən tərpəniriksə, birdəfəlik tərpənəcəyik”.

E. Məmmədyarov konfliktin mərhələlərlə həll olunacağını, burada kommunikasiya və digərə məsələlərin nəzərə alınacağını deyib: “Biz Minsk Qrupunun planı üzrə hərəkət edəcəyik. Eyni zamanda bəzi məsələləri Minsk Qrupu ilə razılaşdırmaq lazımdır”.

O, Azərbaycanın əsas məqsədinin sadəcə danışıqlar prosesində iştirak deyil, nəticə əldə etmək olduğunu vurğulayıb. E. Məmmədyarov mövcud “status-kvo”nun heç kimi, xüsusən Azərbaycanı qane etmədiyini bildirib.

Nazir jurnalistlərin suallarına cavab olaraq Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlar prosesində irəliləyişlərin olduğunu deyib: “Bu, ciddi məsələdir. Ciddi məsələlər gərək prezidentlər səviyyəsində müzakirə olunsun. Mən bu haqda prezidentə məruzə etmişəm. Razılaşdırılmamış məsələlər prezidentlərin Kazan görüşündə müzakirə olunacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO