Rauf Zeyni: “QHT-lərin qeydiyyata alınması ilə bağlı tələblər daha da sadələşdirilməlidir”

O, gələn aydan başlayaraq bu standartların ictimai müzakirələrə veriləcəyini və bu standartlara cavab verməyən QHT-lərin dövlət maliyyəsi almasının mümkünsüz olacağını deyib.

SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT-lər qarşısında qoyulan tələblərin ildən-ilə daha da ciddiləşdiyini deyib. O, qeyd edib ki, QHT-lər də bu tələblərdən çıxış edərək daha da məsuliyyətli olmalıdır. QHT standartlara gəlincə, Milli QHT Forumunun prezidenti gələn ay ictimai müzakirələrə çıxardılacaq standartların keçən il Şuranın təqdim etdiyi Mili Hesabatda açıq şəkildə əksini tapdığını deyib: “Nizamnamə hər bir QHT-nin birinci standartıdır. Qeyri-hökumət təşkilatları haqqında Azərbaycan Respublikasinin Qanununda da bu standartlar göstərilib.

Bu standartlar həmçinin QHT-lərin nazamnaməsində də əksini tapmalıdır. Beynəlxalq standartlar ondan ibarətdir ki, QHT-lər vaxtlı-vaxtında hesabat verməlidir, ictimaiyyətə açıq olmalıdır, həyata keçirdiyi bütün layihələr haqqında ictimaiyyətə məlumat verməlidir. Bundan əlavə müvafiq orqanlara da lazımı hesabatları təqdim etməlidir. Nöqsanlar hər bir QHT-yə aiddir. Yeni yaranmış, strukturu hələ formalaşmamış QHT-lər bu standartları hələ tətbiq edə bilməyiblər. Təbii ki, bu nöqsanların aradan qaldırılması da müəyyən zaman aparacaq. Rəqəmlərə baxsaq, 2612 QHT-dən təxminən 1130-u Maliyyə Nazirliyinə illik hesabat təqdim edib”.

Milli QHT Forumunun prezidenti hesab edir ki, QHT-lərin qeydiyyata alınması ilə bağlı tələblər daha da sadələşdirilməlidir: “Qeydə alınma, eyni zamanda, maliyyə hesabatları ilə bağlı tələblər sadələşdirilməlidir. Vətəndaş cəmiyyətinin təşəbbüslərini dəstəkləmək lazımdır. Qoy qeydiyyatdan keçirsin və təşəbbüslərini reallaşdırsınlar. Əgər təşkilatını yarada bilməyəcəksə, bu artıq vətəndaşın problemi olacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO