İranda təqvim ili (20 mart 2013-cü ildə yekunlaşıb) ərzində şəhərətraflarında inflyasiya 31,5 faizə çatıb. Trend-in məlumatına görə, bu bazədə bazar ertəsi İran Statistika Mərkəzinə istinadən “Fars News” agentliyi xəbər yayıb.
Daha əvvəl “İSNA” agentliyi İran Mərkəzi Bankının rəhbəri Mahmud Bəhmaninin sözlərinə istinadən xəbər yayıb ki, proqnozlara əsasən, inflyasiya 32 faizə çatmalı idi, lakin onun 31,5 faiz həcmində qalması üçün tədbirlər görülüb.
“İran hakimiyyəti İran təqviminin son aylarında inflyasiyanın artımının qarşısını almaq üçün xüsusi planlara malikdir”- “İSNA” agentliyi İranın maliyyə və iqtisadiyyat naziri Şəmsəddin Hüseyninin sözlərinə istinadən xəbər yayıb.
“Tasnim” agentliyi martın 20-də yaydığı informasiyaya görə, ötən il İranda inflyasiyanın həcmi rekord göstəriciyə çatıb.
Bütovlükdə, ötən il ölkə üzrə 30 faiz olan inflyasiya son 17 il ərzində rekord dərəcədə artıb