İran azərbaycanlı kimyaçı və riyaziyyatçıları bu ölkədə keçiriləcək elm olimpiadasına dəvət edib

İranın Elmi Olimpiada Mərkəzi tərəfindən 2013-cü il 12-15 avqustda riyaziyyat və kimya fənləri üzrə olimpiada keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi saytında məlumat verilib. Məlumata görə, olimpiadada hər ölkədən 5 iştirakçı və bir müəllim iştirak edə bilər. İştirakçıların olimpiadanın keçirildiyi müddətdə İranda qalma xərcləri Elmi Olimpiada Mərkəzi tərəfindən ödəniləcək, İrana gediş-gəliş xərcləri isə iştirakçıların öhdəsindədir.
Məlumatda bildirilir ki, maraqlananlar olimpiadada iştirak şərtlərini, riyaziyyat və kimya fənlərinə dair sualların nümunəsini, eləcə də bu olimpiadada iştirak etmək haqqında digər şərtləri ətraflı şəkildə olympiad.sanjesh.org/en/index.asp elektron ünvanından əldə edə bilərlər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO