Ramil Usubov MDB müşahidə missiyasının rəhbəri ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov prezident seçkilərinə hazırlığın monitorinqini aparan Müstəqil Dövlətlər Birliyi müşahidə missiyasının Bakıdakı qərargahının rəhbəri Yevgeni Sloboda və üzvü Vasili Astreyko ilə görüşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazir ölkədəki kriminoqen durumla bağlı qısa məlumat verib, əməliyyat şəraitinin nəzarət altında saxlandığını bildirib, Azərbaycanda insanların təhlükəsiz yaşayıb işləmələri üçün asayişin etibarlı qorunduğunu, sabitliyin dönməzliyinin təmin olunduğunu diqqətə çatdırıb. R. Usubov seçkilərdə polisin üzərinə düşən vəzifələrlə bağlı bütün zəruri tədbirlərin görüldüyünü, müvafiq tədbir planı işlənib hazırlandığını deyib. Yevgeni Sloboda müşahidələri zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO