Qocalar evində xatirə gecəsi keçiriləcək

Bu aprelin 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evində) “İşıqlı xatirələr” adlı xatirə gecəsi təşkil ediləcək. Bu barədə Trend-ə şənbə günü nazirlikdən daxil olan məlumatda deyilir.
Xatırladaq ki, Ümumilli lider Heydər Əliyev 8 aprel 1998-ci ildə Qurban bayramı ərəfəsində bu pansionatda olmuş, burada tam dövlət təminatında yaşayan ahıllarla görüşmüş, onlarla səmimi həmsöhbət olmuşdur.
Bununla əlaqədar, həmin görüşdən 15 il sonra – 2013-cü il aprelin 8-də təşkil ediləcək tədbirdə qeyd olunan görüşün lent yazısından fraqmentlər təqdim olunacaq, ahıl insanlar həmin görüşlə bağlı xatirələrini bölüşəcəklər. Qeyd edək ki, tədbir Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi tədbirlər planı çərçivəsində təşkil olunur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO