Qənirə Paşayeva vəsiyyətnaməsini təqdim etdi

Milli Məclisin deputatı Qənirə Paşayeva özünün bədən orqanlarının transplantasiya olunmasına razılıq verdiyini bildirərək, bununla bağlı vəsiyyətnamə yazdığını bəyan etdi. Millət vəkilinin bir neçə gün öncə bu barədəki açıqlaması cəmiyyətdə səs-küylə qarşılandı, eyni zamanda buna ağız büzənlər də oldu. Bəziləri sosial şəbəkələrdə yazdıqları statuslarda Q.Paşayevanın açıqlamasının yalnız sözdən ibarət olduğunu, bunu özünün təbliğatına yönəltdiyini qeyd etdilər.

Modern.az saytı deputatın vəsiyyatnamə ilə bağlı açıqlamasının birmənalı qarşılanmadığını nəzərə alaraq, məsələni araşdırıb, deputatdan bədən orqanlarının bağışlandığını bildirən vəsiyyətnaməsini sayta təqdim etməyi istəyib, onu harada rəsmiləşdirdiyini soruşub.
Qənirə Paşayeva isə vəsiyyətnaməsini sayta təqdim edib. Vəsiyyətnamədə deputatın bədən orqanlarının transplantasiya olunmasına razılıq verdiyi qeyd olunub. Q.Paşayeva bildirib ki, o, vəsiyyatnaməni Bakıdakı 13 nömrəli Notariat Kontorunda təsdiq etdirib.
Vəsiyyətnamədə qeyd edilib:

“Mən Bakı şəhəri, Ş.Əsgərova küç, ev 156, m 7-də qeydiyyatda olan Paşayev Qənirə Ələsgər qızı həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verirəm:
– Mənim ölümümdən sonra mənə məxsus olan və insan orqanizminə köçürülə bilən orqanlarımı əvəzsiz olaraq maddi imkanları məhdud olan xəstə və orqan köçürülməsinə ehtiyacı olan insanlara köçürülməsi üçün Mərkəzi Klinik Xəstəxanaya və Mərkəzi Neftçilər Xəstəxanasına vəsiyyət edirəm.
– Vəsiyyətnamə 2 hissədən ibarət tərtib edildi. Onlardan biri notariat kontorunda saxlanılır, ikinci nüsxə vəsiyyət edənə verilir.
İmza: Paşayeva Qənirə Ələsgər qızı”

azadqadin.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO