Prezidentlər Sankt-Peterburq görüşündə irəliləyiş əldə etməyiblər – xarici işlər nazirləri

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bu gün Sankt-Peterburqda baş tutan danışıqları zamanı “irəliləyiş” və ya “mühüm proqres” əldə olunmayıb. Bu barədə bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan prezidentlərin iki saat yarım davam edən görüşünün yekunları barədə bildirib. Mediamaks xəbər verir.

“Baxmayaraq ki, bu gün irəliləyiş və ya mühim proqres haqqında danışmaq olmaz, lakin tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər”, – Nalbandyan bildirib. O qeyd edib ki, prezidentlər Xarici İşlər nazirliklərinə vasitəçilərlə birlikdə tərəflərin mövqelərinin yaxınlaşması və Ermənistan və Azərbaycan prezidentlərinin yeni görüşünün təşkili üzrə işlər tapşırıblar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmçinin bildirib ki, “irəliləyiş əldə olunmayıb, lakin müəyyən hərəkətlər var”. O bəyan edib ki, ölkələr bir-birinin mövqelərinə böyük anlayışla yanaşırlar. “Ən əsası odur ki, irəliyə doğru hərəkət barədə razılıq əldə edilib”, – Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO