Prezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Zati-aliləri, Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə uğurla inkişaf etməkdədir. Gürcüstan Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələri birgə səylərimiz nəticəsində xalqlarımızın qarşılıqlı faydası naminə gələcəkdə də davam edəcək və daha da güclənəcək.

Bu xoş fürsətdən istifadə edərək, mən Sizi Gürcüstana rəsmi səfərə dəvət edirəm. Sizi Tbilisidə səmimi qarşılamaq mənim üçün şərəf olardı. Əminəm ki, bu səfər 2014-cü ildə yeni təkan almış tərəfdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək.

Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

XXX

Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin təbrikində isə deyilir: “Zati-aliləri, Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ürəkdən gələn ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Bu xoş fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

XXX

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül də Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Cənab Prezident, əziz qardaşım, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dost və qardaş Azərbaycan Zati-alinizin müdrik liderliyi sayəsində böyük inkişafa nail olmuş və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmişdir.

Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq münasibətlərindən alan Türkiyə-Azərbaycan müttəfiqliyi də müştərək səylərimizlə daha da inkişaf etmiş və regionumuzda bənzərsiz sabitləşdirici amilə çevrilmişdir.

Əlaqələrimizdə əldə olunan bu müsbət dinamikanın davam etdiriləcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və davamlı rifah arzu edirəm”.

XXX

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovdan isə daxil olan təbrik məktubunda qeyd edilir: “Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin müdrikliyiniz və təcrübənizə əsaslanan məqsədyönlü fəaliyyətiniz sayəsində bu gün Azərbaycan Respublikası mühüm potensiala malik olan, dinamik inkişaf edən dövlətdir. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi, mənəvi və mədəni inkişaf üçün yeni təkan alıb.

Əmin olduğumu bildirirəm ki, Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da daim genişlənəcək və dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO