Prezident İlham Əliyev Rusiya Prezidentinə zəng edib

Prezident İlham Əliyev Rusiya Prezidentinə zəng edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.

Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq gündəliyə dair bir sıra aktual məsələləri müzakirə etmişlər.

Dövlət başçıları Suriya probleminin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi apararaq, Suriyada hərbi əməliyyatların dayandırılması haqqında Rusiya Federasiyası və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulamışlar.

Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO