Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edibFevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, “Cənub” qaz dəhlizinin uğurla reallaşdırıldığı bildirildi. Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olundu. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulandı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO