Praqanın mərkəzində “Xocalıya ədalət – Xocalıya işıq ” aksiyası keçirilib

Praqanın mərkəzi Namesti Miru (Sülh) meydanında Azər-Çex Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət – Xocalıya işıq” aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Muqəddəs Ludmila tarixi məbədinin qarşısında yerləşən bu ərazidə Xocalı çadırı və açıq səma altında Xocalı fotosərgisi qurulub və mindən çox buklet və broşürlər paylanıb.
Mərkəzi meydan olduğu üçün Xocalı çadırı ilə yüzlərlə çex və xarici turistlər maraqlanıblar. Axsam saatlarında meydanın mərkəzində 1500-dən çox şam iştirakçılar tərəfindən simvolik olaraq yandırılıb.
Tədbiri öz çıxışı ilə cəmiyyətin sədri Elşən Nəzərov açaraq beynəlxalq “Xocalıya ədalət” kampaniyası haqqında məlumat verib, Çexiya parlamentinin Xarici əlaqələr komitəsinin 7 fevral tarixli Xocalı faciəsi haqqında olan rəsmi qərarını oxuyub.
Səfir Tahir Tağızadə çıxışında 21 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi ilə 71 il əvvəl Çexiyanın Lidiçe şəhərində alman faşistləri tərəfindən törədilmiş hadisələri müqayisə edib, Azərbaycanın haqq səsinə dəstək verdiyi üçün Çexiya ictimaiyyətinə minnətdarlığını bildirib.
Bundan sonra Çexiya Filarmoniyasının əməkdaşlarından ibarət trio “Sarı gəlin” kompozisiyasını ifa ediblər və bununla da aksiya uğurla başa çatıb.
Soyuq hava səraitinin olmasına baxmayaraq, tədbirdə Azərbaycan və Çexiyanın ictimai xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, rəsmi şəxslər, KİV nümayəndələri və Çexiyada yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Aksiya üçün istifadə olunmuş materiallar Heydər Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Praqadakı səfirliyi tərəfindən dəstəklənib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO