Polşada I Avropa Oyunlarına həsr olunmuş fotoalbom nəşr edilib

Polşada I Avropa Oyunlarına həsr olunmuş fotoalbom nəşr edilibBakı-2015 ilk Avropa Oyunlarına həsr olunmuş fotoalbom nəşr edilib. Həmin albom Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitskinin təşəbbüsü ilə ərsəyə gəlib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Polşa Olimpiya Komitəsində təşkil olunan Olimpiya Ailəsinin Yeni il görüşü zamanı fotoalbomun təqdimatı keçirilib.

Albomda Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimlərini, yüksək standartlara cavab verən idman obyektlərini, İçərişəhəri, Qız Qalasını, Alov Qüllələrini, Bakının küçələrini, neft mədənlərini və Azərbaycan xalçalarını əks etdirən fotoşəkillər öz əksini tapıb.

Albomda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Bakı-2015 ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fotoşəkilləri təqdim olunub.

İlk Avropa Oyunlarının xoş anlarını, Oyunlara hazırlığı, polşalı idmançıların nailiyyətlərini və Bakı şəhərinin füsunkarlığını əks etdirən yüzlərlə fotoşəkillə yanaşı, albomda hər bir fotoşəklə dair şərh də qeyd olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO